MN: Ordumuz düşmənin fəaliyyətini nişangah altında saxlayır


16:52     18 Avqust 2019 cebheden.jpg

Ordumuz bütün istiqamətlərində düşmənin istənilən fəaliyyətini müxtəlif kalibrli silahların nişangahı altında saxlayır.

Bu barədə Femida.az-a Müdafiə Nazirliyilndən bildirilib.

Nazirlikdən bildiriblər ki, təbliğat məqsədilə yayılan bu xəbərin heç bir əsası yoxdur: "Tam fərqli olaraq Azərbaycan Ordusunun bölmələri cəbhənin bütün istiqamətlərində düşmənin istənilən fəaliyyətini müxtəlif kalibrli silahların nişangahı altında saxlayır, vizual və xüsusi texniki müşahidə vasitələri ilə izləyir, eləcə də onun istənilən hərəkətinin qarşısını hər an almağa hazırdır.

Bu kimi xəbərlər gülüş doğurur. Biz bu cür məlumatlara, onları yayanlara və ələlxüsus inananlara təəssüf hissi ilə yanaşırıq".

Femida.az

Açar sözlər:

Oxunub: 474