Xaçmazda qəza olub - Yaralılar var


17:25     18 Avqust 2019 Qeza2.jpg

Xaçmaz rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
Femida.azxəbər verir ki, Gəndob-Yalama yolunun Qaradağ Buduq kəndi ərazisindən keçən hissəsində “VAZ 2107” markalı maşın “Ford” markalı yük avtomobili ilə toqquşub.

Qəza nəticəsində 3 nəfər yaralanıb. Yaralılar Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Faktla bağlı araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 451