Qax sakini Şəkidə faciəvi şəkildə ölüb
18:14 18 Avqust 2019
Qax sakini Şəkidə faciəvi şəkildə ölüb.
Hadisə bu gün Yevlax-Zaqatala-Gürcüstan yolunun, Şəki rayonu ərazisindən keçən hissəsində baş verib.
Belə ki, magistral yolda Qax sakininin idarə etdiyi "QAZel"markalı avtomobildə nasazlıq yaranıb. O, avtomobili "KaMAZ" markalı yük avtomobilinə qoşaraq ərazidən aparıb.
Sürücü daha sonra qoşqunu açmaq istəyərkən avtomobillərdən biri hərəkətə gəlib və yük avtomobilləri arasında qalan sürücü əzilərək faciəvi şəkildə ölüb.
Onun meyiti müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Şəki rayon şöbəsinə təhvil verilib.
Məlumata görə, dünyasını dəyişən şəxs "QAZel" markalı avtomobili ilə meyvə-tərəvəz daşımaqla məşğul olub.
Faktla bağlı araşdırma aparılır.
Femida.az
Oxunub: 460
Oxşar xəbərlər
- Qaxda 2 avtomobil toqquşub, xəsarət alanlar var
- Qaxda evdən 11 min manatlıq qızıl oğurlayan qardaşlar saxlanılıb
- Qaxda 68 yaşlı kişi at arabasından yıxılaraq ölüb
- Qaxda iş yoldaşının motosikletini oğurlayan şəxs saxlanılıb
- Qaxda qaydaları pozan 16 sürücü cərimələnib
- Qax polisi qaydaları pozan 15 sürücünü cərimələyib
- Qaxda axtarışda olan narkotacir tutulub
- Qaxda reyd keçirilib, karantin qaydalarına riayət etməyənlər cərimələnib
- Qaxda itkin düşən 57 yaşlı kişinin meyiti tapılıb
- Qaxda keçmiş polis əməkdaşı dəm qazından zəhərlənərək ölüb