Əri tərəfindən yandırılan qadın öldü


09:52     19 Avqust 2019 19_08_19_1566193967.jpg

Əri tərəfindən yandırılan 24 yaşlı Mətanət Məsimova həkimlərin səyinə baxmayaraq, bu gün səhər saat 06:20-də aldığı xəsarətlərdən dünyasını dəyişib.


Səhiyyə Nazirliyindən Femida.az-a daxil olan məlumata görə, qadın bədəninin 70 % (4 cü dərəcəli) yanığı ilə kritik vəziyyətdə 5 saylı xəstəxananın yanıq şöbəsinə çatdırımışdı.

Dərin nekrozlaşmış yanıq diaqnozu ilə xəstəxanaya çatdırılan 54 yaşlı Səltənət Məmmədovanın (Mətanət Məsimovanın anası) vəziyyəti də kritik olaraq qalıb. Həkimlərin bildirdiyimə görə o, həyati təhlükə altındadır.

Xatırladaq ki, hadisə ötən gün Şəmkirdə Sarıtəpə kəndində qeydə alınıb. M. Məsimova həyat yoldaşından boşanaraq 2 yaşlı övladı ilə atası evində qalırmış. Elə yanğını da Mətanətin boşandığı şəxs törədib. Belə ki, gecə saat 3 radələrində Dəllər Cəyir kənd sakini Elmar adlı şəxs benzinlə keçmiş arvadının yatdığı otağa daxil olub və evi yandırıb. Yanğın zamanı evdə olan 2017-ci il təvəllüdlü Məmmədov Nicat Elmar oğlu ölüb.

Açar sözlər:

Oxunub: 480