Nazir və müavinləri vətəndaşlarla görüşəcək
11:31 19 Avqust 2019
Kənd Təsərrüfatı naziri İnam Kərimov 23 avqust 2019-cu il tarixdə, saat 10:00-da Beyləqan Dövlət Aqrar İnkişaf Mərkəzinin inzibati binasında Beyləqan və Füzuli rayonlarının sakinləri ilə görüşəcək.
Femida.az xəbər verir ki, iyulun 26-da, saat 10:00-da isə Kənd Təsərrüfatı nazirinin müavini İlham Quliyev İmişli Dövlət Aqrar İnkişaf Mərkəzində İmişli və Saatlı rayonlarından olan vətəndaşları, Kənd Təsərrüfatı nazirinin müavini Seyfəddin Talıbov isə Ağcabədi Dövlət Aqrar İnkişaf Mərkəzində Ağcabədi və Zərdab rayonlarından olan vətəndaşları qəbul edəcəklər.
Vətəndaş qəbulunda iştirak etmək istəyənlər Beyləqan Dövlət Aqrar İnkişaf Mərkəzinə (050-571-61-78), İmişli Dövlət Aqrar İnkişaf Mərkəzinə (050-758-80-00) və Ağcabədi Dövlət Aqrar İnkişaf Mərkəzinə (050-318-88-76) müraciət edə bilərlər.
Qəbula yazılmaq üçün, həmçinin Kənd Təsərrüfatı Nazirliyinin “Çağrı Mərkəzi” (1652) və elektron poçtu ([email protected]) vasitəsi ilə də qeydiyyatdan keçmək olar.
Oxunub: 377
Oxşar xəbərlər
- Nazir Cavid Məmmədovu bu rayona rəis təyin etdi
- Nazirlik ölkədən çıxışına qadağa qoyulan teatr direktoru ilə bağlı araşdırma aparır
- Nazirlik “Buta” klinikasının fəaliyyətini dayandırıb
- Nazirlik bəstəkar-müğənninin bağ evində aşkarlanan ayı balası ilə bağlı məlumat yayıb
- Nazir regional təhsil idarələrinə yeni rəhbərlər təyin edib
- Nazir məktəbli çantalarının ağır olması ilə bağlı narazılıqlara münasibət bildirib
- Nazir Vətən Müharibəsi Qəhrəmanını hərbi hissə komandiri təyin edib
- Nazirlik rayon təhsil şöbələrinin gələcək fəaliyyətinə aydınlıq gətirib
- Nazirlər kabinetinin qərarı qüvvəyə mindi: Bu məhsullar bahalaşacaq
- Nazir Kəmaləddin Heydərov partlayış baş vermiş obyektə gəlib