Azərbaycanda vəzifəli şəxs 3000 manat məbləğində cərimə edilib

Azərbaycanda vəzifəli şəxs 3000 manat məbləğində cərimə edilib


11:36     19 Avqust 2019 cerime7.jpg

Xəzər dənizi sahillərində ətraf mühitin mühafizəsi haqqında qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) əməkdaşları tərəfindən Novxanı çimərliyi ərazisində keçirilən növbəti reyd zamanı Sumqayıt-Novxanı bağlar massivində formalaşan tullantı sularının birbaşa dənizə axıdıldığı və mərkəzi kanalizasiya şəbəkəsinə birləşmədiyi müəyyən olunub.



Nazirliyin Mətbuat xidmətindən Femida.az- a verilən məlumata görə, faktla bağlı “Azərsu”nun Bağlar Sukanal idarəsinin əraziyə cavabdeh şəxsi Məzahir Dərgahov barəsində protokol tərtib olunub və o vəzifəli şəxs qismində 3000 manat məbləğində cərimə edilib.

Tullantı sularının dənizə axıdılmasının qarşısını almaq və çirkab suların kanalizasiya şəbəkəsinə yönəldilməsini təmin etmək məqsədilə Bağlar su-kanal idarəsinə icrası məcburi olan “məcburi göstəriş” verilib.

Açar sözlər:

Oxunub: 183