Rusiyada baqajın sərhəddən keçirilməsi qaydaları sərtləşdi


13:25     19 Avqust 2019 19_08_19_1566206439.jpg

Rusiyada fitosanitar nəzarəti qaydaları dəyişdi.


Femida.az bildirir ki, avqustun 19-dan etibarən fiziki şəxslərə müəyyən məhsulların dövlət sərhədi üzərindən baqaj daşınması üçün məhdudiyyətlər tətbiq edilib.

Məhdudiyyətlər tənzimlənən məhsullara tətbiq olunub. Xüsusilə, baqaj və əl baqajlarında sərnişinlər ölkəyə beş kiloqramdan çox olmayan meyvə-tərəvəz gətirə biləcəklər. Böyük həcm üçün fitosanitar sertifikatı almalı olacaqlar. Onun olmaması halında məhsullar ya geri qaytarılacaq, ya da sahibinin hesabına məhv ediləcəkdir. Siyahıya paxlakimilər, qoz-fındıq, tərəvəz, hər növ soğan, kök daxil olduğu bildirilir. Məhdudiyyətlər şam ağacları və iynəyarpaqlı ağaclara da aiddir. Rusiyaya çiçək buketlərinin idxalı da məhduddur.

Yenilənmiş qaydalara görə, istənilən nəqliyyat növündə bir sərnişin maksimum üç buket ilə sərhədi keçə biləcək, bunların hər birində 15-dən çox çiçək, yarpaq və ya bitki hissəsindən başqa bir şey ola bilməz. Qaydalar su, hava, dəmir yolu və avtomobil nəqliyyatı da daxil olmaqla nəqliyyatın bütün növlərinə şamil ediləcəkdir.

Açar sözlər:

Oxunub: 407