Bakıda taksi sürücüsü bıçaqlandı — Gediş haqqını ödəmək istəmirmiş


13:42     19 Avqust 2019 bicaq.jpg

Bakıda taksi sürücüsünü bıçaqlamaqda təqsirli bilinən Bəhruz Həsənovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Femida.az "Ölkə.Az"a istinadən xəbər verir ki, cinayət işinin materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Rasim Sadıxovun icraatına verilib.

Məhkəmə hazırlıq iclası avqust ayının 23-nə təyin olunub.

Qeyd edək ki, hadisə Xəzər rayonu ərazisində baş verib.

Cinayətin qurbanı Xəzər rayon sakini 28 yaşlı Heydərov Kamran Bəhmən oğlu olub.

Taksi fəaliyyəti ilə məşğul olan Kamran Heydərov müştəri tərəfindən bıçaqlanıb. Xəstəxanaya çatdırılan yaralının həyatını xilas etmək mümkün olub.

Xəzər RPİ-nin 2-ci Polis Şöbəsinin əməkdaşları həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən 31 yaşlı Bəhruz Dilavər oğlu Həsənov saxlanılıb.

Bildirilir ki, sürücü ilə sərnişin arasında münaqişə hesabı ödəməmək istəyindən yaranıb.

Açar sözlər:

Oxunub: 431