Bakının iki küçəsində nəqliyyatın hərəkəti 1 həftə məhdudlaşdırılacaq


13:47     19 Avqust 2019 yol%20temir.jpg

Bakı şəhəri Mirzəağa Əliyev küçəsindən başlayaraq Nizami küçəsinin kəsişməsinə qədər və Murtuza Muxtarov küçələrində yol-tikinti işləri ilə əlaqədar olaraq 20 avqust tarixindən etibarən hərəkət məhdudlaşdırılacaq.

Nazirlikdən Femida.az- a verilən xəbərə görə, tikinti işləri 1 həftə müddətinə qədər davam edəcək.

Sürücülərdən alternativ yollardan istifadə etmələri tövsiyə olunur.

Açar sözlər:

Oxunub: 317