Prezident təqaüdü alanların sayı artıb

Prezident təqaüdü alanların sayı artıb


14:26     19 Avqust 2019 19_08_19_1566210442.jpg


Azərbaycan Prezidentinin təqaüdü təyin olunan müxtəlif kateqoriyadan olan şəxslərin sayı 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 3,8 dəfə artaraq 239,8 min nəfər olub.

Bundan başqa, 2019-cu ilin altı ayı ərzində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 32 102 ailəyə 34 241 uşağın anadan olmasına görə, 4126 nəfər radiasiya qəzası nəticəsində zərər çəkən şəxsə müalicə üçün və 3355 nəfər penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilən şəxsə birdəfəlik müavinətlər verilib.

Cari il iyulun 1-nə əmək xəsarəti və ya peşə xəstəliyi nəticəsində 380 nəfər zərərçəkən kompensasiya alıb.

Femida.az

Açar sözlər: #Prezident_təqaüdü  

Oxunub: 134