Bel ağrısından əsəbiləşdi - Polisə silahlı hücum olacağını dedi

Bel ağrısından əsəbiləşdi - Polisə silahlı hücum olacağını dedi


14:46     19 Avqust 2019 19_08_19_1566211852.jpg


Avqustun 18-də, saat 12.42-də naməlum şəxs mobil telefonla polisə zəng edib “bu gün dövlət iş yerlərinə silahlı hücum olacaq” deyərək dəstəyi asıb.


Araşdırmalar zamanı qeyd edilən telefonun Masallı rayonunun Hişkədərə kənd sakini R.Cabbarova məxsus olması müəyyən edilib.

Masallı RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində R.Cabbarov saxlanılıb. O, izahatında mədə-bağırsaq və bel nahiyəsində olan xəstəlikdən əziyyət çəkdiyinə görə əsəbiləşərək polisə bilə-bilə yalan məlumat verməsini etiraf edib.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 216-cı (terrorçuluq barədə bilə-bilə yalan məlumat vermə) maddəsi ilə cinayət işi başlanıb. / Qafqazinfo

Femida.az

Açar sözlər:

Oxunub: 148