Bel ağrısından əsəbiləşdi - Polisə silahlı hücum olacağını dedi
14:46 19 Avqust 2019
Avqustun 18-də, saat 12.42-də naməlum şəxs mobil telefonla polisə zəng edib “bu gün dövlət iş yerlərinə silahlı hücum olacaq” deyərək dəstəyi asıb.
Araşdırmalar zamanı qeyd edilən telefonun Masallı rayonunun Hişkədərə kənd sakini R.Cabbarova məxsus olması müəyyən edilib.
Masallı RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində R.Cabbarov saxlanılıb. O, izahatında mədə-bağırsaq və bel nahiyəsində olan xəstəlikdən əziyyət çəkdiyinə görə əsəbiləşərək polisə bilə-bilə yalan məlumat verməsini etiraf edib.
Faktla əlaqədar Cinayət Məcəlləsinin 216-cı (terrorçuluq barədə bilə-bilə yalan məlumat vermə) maddəsi ilə cinayət işi başlanıb. / Qafqazinfo
Femida.az
Oxunub: 324
Oxşar xəbərlər
- Belarus səfiri Ermənistan XİN-ə çağırılıb
- Belarus ərazisindən Ukraynaya 20-dən çox raket atılıb
- Belçika iyulun 1-dən Rusiyaya vizaların verilməsini dayandıracaq
- Belarusdan Ukraynaya azı 631 raket atılıb
- Belarus Qərb ölkələrinə xəbərdarlıq edib
- Belarusda Ukrayna və Rusiya nümayəndələri arasında danışıqlar başlayıb
- Belarusdan Ukraynaya ballistik raket atılıb
- Belarus Brüsseldə tutduğu mövqeyə görə Azərbaycana təşəkkür edib
- Belarusdan Azərbaycana yeni silah partiyası gətirilib?
- Belarusla müdafiə sahəsində müqavilə təsdiqləndi