Suriya ordusu Türkiyənin hərbi karvanına hücum edib


15:34     19 Avqust 2019 19_08_19_1566213488.jpg

Suriya Hərbi Hava Qüvvələri İdlib əyalətində Türkiyənin hərbi karvanına hücum edib.

Femida.az xəbər verir ki, bu barədə DHA məlumat yayıb. Bildirilib ki, hərbçilərə hücum de-eskalasiya zonasına nəzarət etmək üçün Xan Şeyxun bölgəsinə doğru hərəkət edən zaman baş verib. Yaralılar barədə məlumat verilmir.
Suriyanın Xarici İşlər Nazirliyinin açıqlamasında isə qeyd olunub ki, Türkiyə qoşunları Suriyanın şimalındakı Sarakib şəhərinə daxil olub və zirehli texnikalar Xan-Şeyhun şəhəri istiqamətində hərəkət edir.

Silahlı qruplaşmaların nəzarət etdiyi Xan-Şeyhun şəhərinin Suriya ordusu tərəfindən mühasirəyə alındığı deyilir.

Açar sözlər:

Oxunub: 400