Pakistan və Hindistan arasında gərginlik: Ölənlər var

Pakistan və Hindistan arasında gərginlik: Ölənlər var


15:44     19 Avqust 2019 19_08_19_1566214490.jpg


Pakistan və Hindistan arasındakı Cammu Kəşmir nəzarət xəttində hind əsgərləri mülki şəxslərə atəş açıb.

Femida.az xəbər verir ki, bu barədə məlumatı Pakistanın Xarici İşlər Nazirliyi yayıb.

Nazirlikdən verilən açıqlamaya görə, sərhəd kəndləri olan Hot Spring və Çirikotda hind əsgərlərinin atəş açması nəticəsində iki vətəndaş həlak olub, bir nəfər isə yaralanıb.

Nazirliyə çağırıldığı deyilən hind diplomata regional sülhü təhdid edən atəşkəs pozuntusuna görə nota təqdim edilib.

Açar sözlər:

Oxunub: 160