Aksiz markası olmayan 61 min siqaret aşkar edildi
19:09 19 Avqust 2019
Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsinin Əməliyyat İdarəsinə müxtəlif yollarla ölkəyə gətirilən və Azərbaycanın aksiz markası ilə markalanmayan tütün məmulatlarının “Chevrolet Aveo” markalı avtomobillə paytaxtın Süleyman Rəhimov küçəsindəki köşklərdən birinə aparılması barədə məlumat daxil olub.
DGK-dan Femida.az a verilən məlumata görə, dərhal yaradılan əməliyyat qrupu qeyd olunan ünvanda müvafiq tədbirlər həyata keçirib. Avtomobildən düşərək köşkə daxil olan Azərbaycan vətəndaşının əlindəki torbaya baxış zamanı orada tütün məmulatlarının olduğu müəyyənləşdirilib.
Daha sonra həmin şəxs avtomobildə və köşkdə də tütün məmulatlarının olduğunu etiraf edib. Yoxlama zamanı həmin şəxsin əlindəki torbadan, avtomobildəki çantadan, köşkün vitrinindən və divarında düzəldilən xüsusi saxlanc yerindən aksiz markası ilə markalanmayan 61 200 ədəd müxtəlif markalı siqaretlər, 1 ədəd karton qutuda qablaşdırılan Azərbaycana məxsus 110 ədəd aksiz markası və 4 ədəd ülgüc aşkar edilərək götürülüb.
Faktla bağlı araşdırma aparılır.
Oxunub: 375
Oxşar xəbərlər
- Tütün məhsullarının da aksiz dərəcəsi artırıldı - Baş nazirdən qərar
- Deputatlar iri mühərrikli avtomobillərin aksiz vergisinin artırılmasına səs veriblər
- Aksizsiz məhsulların satışının qarşısı alındı
- Aksiz dərəcəsi tətbiq edilən malların siyahısı genişləndirilir
- Qəlyan tütünləri aksiz vergisinə cəlb ediləcək
- Azərbaycana gətirilən 20 qrama qədər qızıl məmulatlarına aksiz güzəşti qüvvədə saxlanılıb
- Sabahdan Azərbaycana gətirilən energetik içkilərə vahid aksiz dərəcəsi tətbiq ediləcək
- Aksizi olmayan 176 min siqaret aşkarlandı
- Külli miqdarda aksiz markası olmayan siqaretlər aşkarlandı
- Külli miqdarda aksiz markası olmayan siqaret və spirtli içki aşkarlanıb