4 ay əvvəl itkin düşən qadın axtarışa verildi


20:55     19 Avqust 2019 19_08_19_1566233796.jpg

Astara rayonunda 40 yaşlı qadın itkin düşüb.
Femida.az Trend-ə istinadən xəbər verir ki, hadisə rayonun Şiyəkəran kəndində baş verib.

Kənd sakini Hüseynova Aysel Asf qızı polisə müraciət edərək bildirib ki, anası 1979-cu il təvəllüdlü Hüseynova Sadiqə Falat qızı 4 ay əvvəl yaşadığı evdən çıxıb və bir daha geri qayıtmayıb.

Faktla bağlı araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 394