Azərbaycanda yeni yaradılan bu qurum hansı işləri görəcək?


09:29     20 Avqust 2019 19_08_20_1566278986.jpg

Azərbaycanda “Aqrar Sığorta Fondu” qeyri-kommersiya hüquqi şəxsi yaradılıb.


Prezident İlham Əliyevin müvafiq fərmanına əsasən, fond ölkədə aqrar sığorta sisteminin təşkilini, inkişafını və dayanıqlılığını, habelə idarəedici qurumun formalaşdırılmasını təmin edəcək və onun fəaliyyətinə nəzarəti həyata keçirəcək.

Nazirlər Kabinetinə fondun nizamnaməsini Kənd Təsərrüfatı Nazirliyinin və Maliyyə Bazarlarına Nəzarət Palatasının təklifləri əsasında təsdiq etmək tapşırılıb.

REKLAM


Bundan başqa, “Aqrar sığorta” informasiya sisteminin əsasnaməsi, bu sistemə inteqrasiya ediləcək informasiya sistemlərinin və onlardan əldə olunması nəzərdə tutulan məlumatların siyahısı hazırlanacaq.

Fondun ilkin nizamnamə kapitalı 1 milyon manatdır və dövlət büdcəsinin vəsaiti hesabına formalaşır.

Fərmana əsasən, fondda ictimai əsaslarla fəaliyyət göstərən və 5 üzvdən – Kənd Təsərrüfatı Nazirliyinin (2 nəfər), Maliyyə Nazirliyinin (1 nəfər), Maliyyə Bazarlarına Nəzarət Palatasının (1 nəfər) və fermerlər assosiasiyasının (1 nəfər) nümayəndələrindən ibarət Himayəçilik Şurası yaradılır.

Aqrar Sığorta Fondunun Himayəçilik Şurasının sədri Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsidir.

Femida.az

Açar sözlər: #aqrar  

Oxunub: 530