İxtisas seçimi başa çatıb
10:17 20 Avqust 2019

Ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə və 11 illik təhsil bazasında kolleclərə qəbul olmaq istəyən abituriyentlərin ixtisas seçimi başa çatıb.
Dövlət İmtahan Mərkəzindən Femida.az -a verilən məlumata görə, abituriyentlər elektron ixtisas seçimi ərizə formasında ali təhsil müəssisələrinin boş qalan yerləri olan ixtisaslarla yanaşı, orta ixtisas təhsili müəssisələrinin ixtisaslarının da kodlarını göstərə biliblər.
Ali təhsil müəssisələrinin boş qalan (vakant) plan yerlərinin siyahısı “Abituriyent” jurnalının 8-ci sayında dərc olunub. Orta ixtisas məktəblərinin qəbul aparılan ixtisasları isə “Abituriyent” jurnalının 5‑ci sayında dərc olunub.
Subbakalavrlar da ixtisas seçimində iştirak etmək üçün qeyd olunan vaxta qədər qəbul olmaq istədikləri ixtisasların kodlarını “Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nə daxil edib təsdiq ediblər.
Qeyd edək ki, ixtisas seçimi avqustun 15-dən 19-dək aparılıb.
Oxunub: 277
Oxşar xəbərlər
- Peşə təhsili alanlar ixtisas dərslikləri ilə təmin ediləcək
- Kolleclərə qəbul üçün ixtisas seçiminin müddəti uzadılıb
- Rezidenturaya ixtisas seçimi başa çatır
- İxtisas qrupları üzrə ayrılan dövlət sifarişli yerlərin sayı açıqlanıb
- Ali məktəblərin boş yerlərinə ixtisas seçimi aparılacaq
- Xarici dövlətlərin ixtisaslarının tanınması qaydası dəyişib
- Ali məktəblərə ixtisas seçimi başa çatıb
- Ali məktəblərə ixtisas seçiminin vaxtı uzadılıb
- Rezidenturaya ixtisas seçiminin tarixi açıqlandı
- Orta ixtisas təhsili müəssisələrinə qəbulun nəticələri elan olundu