74 500 ədəd aksiz markası keçirmək istədi, tutuldu

74 500 ədəd aksiz markası keçirmək istədi, tutuldu


10:28     20 Avqust 2019 19_08_20_1566281950.jpg

Qərb Ərazi Baş Gömrük İdarəsinin "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan gələn Azərbaycan Respublikası vətəndaşı qanunvericiliyə uyğun olaraq şifahi sorğu-sual edilib.

Dövlət Gömrük Komitəsindən Femida.az-a verilən məlumata görə, sorğu-sual zamanı həmin şəxs ona məxsus əl yüklərində gizlədilən və gömrük nəzarətinə mütləq bəyan edilməli hər hansı predmetin olmadığını bildirib. Lakin rentgen aparatından keçirilən əl yüklərində şübhəli cizgilər müəyyən olunub.

Əl yükündə aparılan yoxlama zamanı gömrük orqanlarına bəyan olunmayan 74 500 ədəd aksiz markası aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 168