Səfiri döyüb 17 minlik saatını oğurladılar


10:46     20 Avqust 2019 19_08_20_1566283670.jpg

Madrid şəhərində yaşayan Əfqanıstanın İspaniyadakı səfiri Barselonada soyğunçuların qurbanı olub. Femida.az -ın məlumatına görə, bu barədə “El Periodico” qəzeti yazıb.

Belə ki, zərərçəkmişə hücum edən bir qrup naməlum şəxs onu döyərək 17 min avro dəyərində olan “Bvlgari" markalı saatını oğurlayıb. Səfir ayağından zədələnib.

Polis əməkdaşları cinayətkarların axtarışına başlayıb.(Qafqazinfo)

Açar sözlər:

Oxunub: 372