“Şahdəniz” qazının ixracı 35% artıb

“Şahdəniz” qazının ixracı 35% artıb


11:26     20 Avqust 2019 2019/08/3d1dc084-1042-42d7-9803-2279567efe68_1566286038.jpg


Bu ilin yanvar-iyul ayları ərzində Azərbaycanın magistral qaz kəmərləri ilə 15 999,6 mln. kubmetr qaz nəql edilib.


Femida.az-ın Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, magistral qaz kəmərləri ilə nəqletmədə əvvəlki ilin müvafiq dövrünə nisbətən 20,3% artım müşahidə olunub.

Hesabat dövründə qazın nəqlinin 36,3%-i Bakı-Tbilisi-Ərzurum Cənubi Qafqaz boru kəməri vasitəsilə həyata keçirilib və 5 811,8 mln. kubmetr qaz ötürülüb. Bu ilin yeddi ayl ərzində bu kəmərlə ötürülən qazın həcmi ötən ilin müvafiq dövründən 34,8% çox olub.

Qeyd edək ki, Cənubi Qafqaz boru kəməri ilə Xəzərin Azərbaycan sektorunda yerləşən “Şahdəniz” qaz-kondensat yatağından hasil edilən qaz Gürcüstana və Türkiyəyə nəql edilir.

Femida.az

Açar sözlər:

Oxunub: 110


Oxşar xəbərlər