Bakıda yaşayış binası yanır

Bakıda yaşayış binası yanır


11:48     20 Avqust 2019 2019/08/0cab0838-3e3c-47ae-b9a2-9cc14a296e15_1566287332.jpg


Bakıda çoxmərtəbəli yaşayış binası yanır.


Femida.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə, Bakı şəhərinin Yasamal rayonunda çoxmərtəbəli yaşayış binasının 13-14-cü mərtəbələri arasında elektrik kabellərində yanğın baş verməsi barədə məlumat daxil olub.

Hadisə yerinə nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri cəlb olunub. Təhlükəsizlik tədbirləri çərçivəsində bina sakinləri təxliyyə edilib. Hazırda yanğının söndürülməsi üzrə işlər davam etdirilir.

Əlavə məlumat veriləcək.

Femida.az

Açar sözlər: #FHN   #yanğın  

Oxunub: 305