Abşeronda silahlı insident: Saxlanılan var


12:13     20 Avqust 2019 19_08_20_1566288880.jpg

Abşeronda silahlı insident olub.


Daxili İşlər Nazirliyindən Femida.az-a verilən məlumata görə, avqustun 19-da Abşeron rayonunun Qobu qəsəbəsi ərazisində qəsəbə sakinləri E.Əbdülkərmov və N.Cabbarov arasında baş vermiş münaqişə zəminində E.Əbdülkərmov tapançadan havaya 2 dəfə atəş açıb.

Abşeron RPİ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində E.Əbdülkərmov saxlanılıb və ondan 1 ədəd “Zoraki” markalı pnevmatik tapança və 1 ədəd patron götürülüb.

Faktla əlaqədar Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb.

Açar sözlər:

Oxunub: 347