"Miq-29" təyyarəsinin pilotunun nəşi tapıldı


12:31     20 Avqust 2019 19_08_20_1566289920.jpg

24.07.2019-cu ildə axşam saatlarında təlim-məşq uçuşları keçirən Hərbi Hava Qüvvələrinin "Miq-29" təyyarəsinin Xəzər dənizində itkin düşən pilotu, polkovnik-leytenant Rəşad Atakişiyevin nəşi tapılıb.


Femida.az bildirir ki, bunu Unikal.org-a açıqlamasında politoloq Qabil Hüseynli deyib.
O vurğulayıb ki, hazırda mərhumun nəşi Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə aparılıb.

Qeyd edək ki, Qabil Hüseynli sözügedən təyyarənin pilotu, polkovnik-leytenant Rəşad Atakişiyevin qayınatasıdır.

Açar sözlər:

Oxunub: 1528