Şabranda yaşayış binasında yanğın olub


12:52     20 Avqust 2019 azerbaycanda%20daha%20bir%20yangin.jpg

Şabranda 4 mərtəbəli yaşayış binasında yanğın olub.


Femida.az -ın məlumata görə, hadisə yerinə Şabran Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub.

Binanın sakinləri təxliyyə olunub.Həyata keçirilən tədbirlər nəticəsində yanğın söndürülüb.

İlkin məlumata görə, binanın elektrik şitində qeydə alınıb.

Şabran Mərkəzi Rayon Xəstəxanasından APA-nın şimal bürosuna verilən məlumata görə, Şabranda yaşayış binasında baş verən yanğın zamanı 3 nəfər tüstüdən zəhərlənib. Həmin şəxslərə əraziyə cəlb olunan təcili tibbi yarım maşınlarında ilkin tibbi yardım göstərilib.

Açar sözlər:

Oxunub: 400