"Sahil" metrosunda işıqlar kəsildi
13:14 20 Avqust 2019
Bu gün metronun “Sahil” stansiyasına elektrik enerjisinin verilməsində fasilə olub.
“Bakı Metropoliteni” QSC-nin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib ki, buna metropolitenə gələn elektrik xəttində gərginliyin düşməsi səbəb olub.
“Bu gün saat 10:55-də “Sahil” metrostansiyasına gələn elektrik xəttində gərginlik düşdüyü üçün stansiyada işıqlanma sistemi və eskalatorun fəaliyyəti dayandırılıb. Qısa müddət ərzində eskalatorun fəaliyyəti bərpa olunub. Sərnişinlərlə bağlı isə hər hansı problem yaşanmayıb. Ümumilikdə metrostansiyanın işıqsız qalma müddəti 2-3 dəqiqə, elektrik enerjisinə qoşulma isə 3-4 dəqiqə çəkib”, - B.Məmmədov əlavə edib.
QSC rəsmisinin sözlərinə görə, baş vermiş hadisə qatarların hərəkətinə ciddi təsir etməyib.
Femida.az
Oxunub: 384
Oxşar xəbərlər
- Sahil Babayev: “Məşğulluq” altsistemində hazırda 14 min aktiv vakansiya var”
- Sahil Babayev: "Kiminsə ödənişinə qənaət etmək niyyətimiz yoxdur"
- Sahil Babayevdən pensiyaların artırılması ilə bağlı açıqlama
- Sahil Babayev kollegiya iclası keçirib
- Sahil Babayev işəgötürənlərə xəbərdarlıq etdi
- Sahil Babayev Macarıstanda azərbaycanlı tələbələrlə görüşüb
- Sahil Babayev monitorinq qrupu yaradır
- Sahil Babayev büdcə haqda məlumat verdi
- Sahil Babayev özünə müşavir təyin etdi
- Sahil Babayev litvalı səfirlə görüşüb