Ruslar Türkiyədə 2 milyonluq gəmini qaçırdılar
13:59 20 Avqust 2019
Marmarisdə "Ghost 3" gəmisini oğurlayan kapitan Moskvada tutulub.
2 milyon dollar dəyəri olan gəminin qaçırılmasına Rusiyanın Dəniz Donanmasının sabiq polkovniki Oleq Popilov rəhbərlik edib.
8 nəfərdən ibarət qrupun üzvləri gəmini iyulun 13-də icarəyə götürüblər. Onlar izləmə cihazını sökərək iyulun 16-da gəmini Türkiyə sularından çıxarıblar. Qrupun üzvləri daha sonra Moskvaya qayıdıblar. İyulun 20-də şirkət gəminin geri qaytarılmadığını görüb Marmarisin sahil mühafizəsinə müraciət edib. Prokurorluq şəbəkə üzvlərinin tutulması üçün "İnterpol" vasitəsilə axtarışa başlayıb.
Digər ölkələrdə də eyni oğurluğu edən dəstənin ələ keçirilməsi ilə bağlı Rusiya polisinə məlumat verilib. Bundan sonra gəmini qaçıranlardan biri Anatoli Şutov Moskvada ələ keçirilib.
Qeyd olunub ki, Oleq Popilovun rəhbərlik etdiyi qrup 4 ildir Aralıq dənizində "fəaliyyət" göstərir. Onlar 2018-ci ildə 49, bu yay isə 37 yaxta qaçırıblar. Onlardan yalnız 6-sı tapılıb. Türkiyədən isə ümumilikdə 6 yaxtanın qaçırıldığı güman edilir. / azvision.az
Femida.az
Oxunub: 536
Oxşar xəbərlər
- Ukrayna taxılı olan gəmilər Türkiyəyə avqustun 3-də yola düşəcək
- Türkiyədə Ukrayna taxılı daşıyan Rusiya gəmisi saxlanılıb
- Türkiyə özünün sualtı gəmisinin inşasına başlayıb
- Türkiyə Azərbaycanın hərbi gəmilərində yeni döyüş idarəetmə sistemi tətbiq edəcək
- Xəzərin Azərbaycan sektorunda 6 ədəd gəmi minası aşkarlanıb, hərəkət dayandırılıb
- Rusiyanın ən iri desant gəmilərindən birinin komandiri Ukraynada öldürülüb
- Tunisdə qəzaya uğrayan gəmidən xilas edilən azərbaycanlılar təxliyə ediləcək
- Berdyanskda məhv edilən Rusiya gəmisinin görüntüləri yayılıb
- Ukrayna ordusu Rusiyanın iri desant gəmisini məhv edib
- Yaponiya sahillərində gəmi yanaraq batıb, ölən, itkin düşənlər var