Abituriyentlər imtahan nəticələri haqqında elektron arayış əldə edə biləcəklər - YENİLİK
14:05 20 Avqust 2019
Dövlət İmtahan Mərkəzi (DİM) bu il bakalavriat səviyyəsi üzrə ali təhsil müəssisələrinə və tam orta təhsil bazasından orta ixtisas təhsili müəssisələrinə imtahan verən abituriyentlərin “Şəxsi kabinet”lərinə yeni elektron xidmət inteqrasiya edib.
DİM-dən Femida.az-a verilən məlumata görə, bu xidmət vasitəsilə abituriyentlər cari ildə iştirak etdikləri birinci və ikinci mərhələ üzrə qəbul imtahanlarında (o cümlədən yaz və yay imtahanları) topladıqları ballar, həmçinin ümumi balları haqqında məlumatı vahid arayış şəklində əldə edə bilərlər.
Hər bir arayışda qeyd olunan məlumatlarla yanaşı, “unikal kod” da verilir. Arayışda göstərilən “unikal kod” vasitəsilə həmin arayışın həqiqiliyini yoxlamaq mümkündür.
Artıq ali təhsil müəssisələri və digər əlaqədar təşkilatlar imtahan nəticələri ilə bağlı arayışı təqdim edən şəxsdən “unikal kod”u tələb etməklə aşağıdakı link vastəsilə məlumatların həqiqiliyini elektron qaydada özləri yoxlaya bilərlər.
Xidmətə keçid: http://ekabinet.dim.gov.az/pBArayis.aspx
Xidmətə keçid pəncərəsi daim DİM-in saytının baş səhifəsində aktiv banerlər siyahısında olacaq.
Femida.az
Oxunub: 461
Oxşar xəbərlər
- DİM abituriyentlərə ediləcək güzəştlərin detallarını açıqlayıb
- DİM 25 339 abituriyent üçün qəbul imtahanı keçirəcək
- DİM iyulun 6-7-də imtahan verəcək abituriyentlərə müraciət edib
- Bu gün 16 mindən çox abituriyent imtahan verəcək
- Buraxılış imtahanında maksimal bal toplayan abituriyentlərin adları açıqlanıb
- DİM 26 mindən artıq abituriyent üçün qəbul imtahanı keçirəcək
- 147 abituriyent buraxılış imtaanlarından azad edilib
- Abituriyentlərin qeydiyyat müddəti uzadılıb
- Kolleclərin boş qalan yerlərinə qəbul olunan abituriyentlərin siyahısı açıqlanıb
- Jurnalist olmaq istəyən 760 abituriyent qabiliyyət imtahanı verəcək