Bu il Azərbaycan əhalisinin gəlirləri 32 milyard manatı ötüb


14:15     20 Avqust 2019 19_08_20_1566296165.jpg

2019-cu ilin yanvar-iyul aylarında Azərbaycan əhalisinin nominal gəlirləri əvvəlki ilin eyni dövrünə nisbətən 6,6 faiz artaraq 32 milyard 218,8 milyon manat təşkil edib.


Femida.az-ın məlumatına görə, əhalinin hər nəfərinə orta hesabla 3259,7 manatlıq gəlir düşüb.

Bütün icbari və könüllü ödənişlər edildikdən sonra əhalinin sərəncamında 29559,7 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrünə nisbətən 6,7 faiz çox vəsait qalıb.

2019-cu ilin yanvar-iyun aylarında muzdla işləyənlərin orta aylıq nominal əməkhaqqı 2018-ci ilin müvafiq dövrünə nisbətən 8,2 faiz artaraq 585,2 manat təşkil edib.

Femida.az

Açar sözlər:

Oxunub: 334