Bu il mobil operatorların gəlirləri yarım milyard manata çatıb


14:54     20 Avqust 2019 telefon.jpg

Cari ilin yanvar-iyul ayı ərzində informasiya və rabitə müəssisələri 1 196,4 mln manatlıq xidmət göstərib ki, onun da 72,2%-i əhali tərəfindən istehlak olunub.


Dövlət Statistika Komitəsindən Femida.az-a verilən məlumata görə, ötən ilin eyni dövrü ilə müqayisədə informasiya və rabitə xidmətlərinin dəyəri real ifadədə 16,9% artıb, bu sahədə əldə edilmiş gəlirin 82,8%-i qeyri-dövlət sektorunun payına düşüb.

Xidmətlərdən əldə edilən gəlirin 41,5%-i və ya 497 mln manatı mobil telefon rabitəsi sahəsində formalaşıb.

Açar sözlər:

Oxunub: 316