Təhsil almaq üçün evi tərk edən tələbəyə universitet dəstək çıxdı


15:23     20 Avqust 2019 19_08_20_1566300318.jpg


Atasının qarşı çıxmasına baxmayaraq, Azərbaycan Dillər Universitetinə qəbul olan Orxan Bağırzadəyə Tələbə Həmkarlar İttifaqı Komitəsi tərəfindən yardım ediləcək.

Femida.az azvision.az-a istinadən xəbər verir ki, ona ADU THİK tərəfindən bir semestr boyunca hər ay 100 manat təqaüd veriləcək. Bundan əlavə, pulsuz yemək talonları təqdim olunacaq, digər yardımlar göstəriləcək.

"ADU-nun oğlanlar üçün olan yataqxanasında məcburi köçkünlər məskunlaşdığı üçün digər universitetlərin yataqxanasına müraciət ediləcək və yataqxana ödənişinə köməklik ediləcək" - deyə bildirilib.

Qeyd edək ki, atası təhsil almasını istməsə də, 18 yaşlı Orxan Bağrzadə Azərbaycan Dillər Universitetinə qəbul olub. Tərcümə (rus-fransız) fakültəsini seçən O.Bağırzadə ödənişli əsaslarla təhsil alacaq. Onun illik təhsil haqqısı 1000 manatdır.

Femida.az

Açar sözlər:

Oxunub: 502