MN-dən pilotun axtarışında iştirak edənlərə təşəkkür
16:14 20 Avqust 2019
Müdafiə Nazirliyinin rəhbərliyi Hərbi Hava Qüvvələrinin MiQ-29 təyyarəsinin qəzaya uğradığı ilk gündən pilotun nəşi və təyyarənin qalıqlarının axtarışlarında fəal iştirak edən aidiyyəti qurumların nümayəndələrinə təşəkkürünü bildirib.
Femida.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin Mətbuat xidmətinin yaydığı məlumatda deyilir.
Qeyd edək ki, axtarış əməliyyatlarına Hərbi Hava Qüvvələri, Hərbi Dəniz Qüvvələri ilə birgə Türkiyə Respublikası Hərbi Dəniz Qüvvələrinin xilasetmə qrupunun üzvləri, Fövqəladə Hallar Nazirliyinin Dövlət Sularda Xilasetmə Xidmətinin dalğıcları və katerləri, Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin “Vaqif Cəfərov” kran, “Nefteqaz-58” təchizat-yedək, “Məmməd Süleymanov” elmi-tədqiqat gəmilərinin heyətləri və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin dalğıcları cəlb olunmuşdular.
Femida.az
Oxunub: 733
Oxşar xəbərlər
- MN-dən erməni tərəfinə cavab
- MN-dən medal almadığına görə narazılıq edən döyüşçülərlə bağlı AÇIQLAMA
- MN-dən Silahlı Qüvvələr Günü ilə bağlı ÖZƏL VİDEO
- MN-dən erməni dezinformasiyaları barədə daha bir açıqlama
- MN-dən Ermənistana təklif: Tam məhv edilməmək üçün təslim olun!
- MN-dən əsir götürülən erməni komandiri ilə bağlı AÇIQLAMA
- MN-dən Tonoyanın fikirlərinə SƏRT CAVAB
- MN-dən bəyanat: “Düşmən təxribata əl ata bilər”