Türkiyə Ukrayna ilə birgə döyüş PUA-sı istehsal edəcək
17:28 20 Avqust 2019
Ukraynanın "Ukrspetsexport" dövlət şirkəti ilə Türkiyənin "Baykar Defence" şirkəti birgə "Akinci" döyüş pilotsuz uçuş aparatı istehsal edəcək.
Azvision.az xəbər verir ki, bu barədə "Ukroboronprom" konserninin mətbuat xidməti məlumat yayıb.
"Layihə Ukrayna və Türkiyənin müdafiə komplekslərinin ən böyük sektorlarının birləşdirilməsi yolu ilə həyata keçirilir",- deyə konsernin direktoru Pavel Bukin bildirib.
Qeyd olunub ki, onun ən böyük üstünlüklərindən biri adi təyyarələrdə artıq istifadə olunan döyüş sursatları ilə yüksək dəqiqlikli zərbə enidrmək olacaq. "Akinci" ağır pilotsuz uçuş aparatları sinfinə aiddir və 12 km hündürlükdə uçuşu təmin edən, Ukrayna istehsalı olan iki mühərriklə təchiz olunacaq.
Aparat bir tondan çox bomba yükü daşıma qabiliyyətinə malik olmaqla yanaşı, 24 saata qədər uça biləcək. Eyni zamanda aparat teplovizoru və aktiv fazalı antenli radarlarla təchiz ediləcək.
Türkiyə tərəfi isə bundan əvvəl bildirmişdi ki, pilotsuz uçuş aparatının təchizatına 2021-ci ildə başlanılacaq.
Oxunub: 438
Oxşar xəbərlər
- Türkiyə Ordusu 17 terrorçunu məhv edib
- Türkiyədə ağır yol qəzasında 8 nəfər ölüb, 10 nəfər ağır yaralanıb
- Türkiyə kəşfiyyatı PKK rəhbərliyində təmsil olunan qadını məhv edib
- Türkiyə xüsusi təyinatlıları Suriyada 25 terrorçunu məhv edib
- Türkiyə xüsusi təyinatlıları Suriyanın şimalında 20 terrorçunu məhv edib
- Türkiyə ordusu Suriyada 11 terrorçunu zərərsizləşdirib
- Türkiyə kəşfiyyatı PKK-nın rəhbərlərindən birini məhv edib
- Türkiyədə Ukrayna taxılı daşıyan Rusiya gəmisi saxlanılıb
- Türkiyə-Ermənistan quru sərhədinin ən qısa zamanda açılması barədə razılıq əldə edilib
- Türkiyə və Azərbaycan kənd təsərrüfatı sahəsində əməkdaşlıq sazişi imzalayacaq