Yanğında xəsarət alan 5 nəfər evə buraxıldı


18:27     20 Avqust 2019 19_08_20_1566306341.jpg

Şabranda baş verən hadisə zamanı xəsarət alanlardan hazırda 2-si xəstəxanada müalicələrini davam etdirir.
Səhiyyə Nazirliyindən Femida.az -a verilən məlumata görə, digər 5 xəstə ambulator müalicə üçün evə buraxılıblar. Xəstəxanada qalanlar 30 və 42 yaşlı qadınlardır.

Qeyd edək ki, Şabranda 4 mərtəbəli yaşayış binasında yanğın olub. Hadisə yerinə Şabran Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub. Binanın sakinləri təxliyyə olunub.Həyata keçirilən tədbirlər nəticəsində yanğın söndürülüb.

Baş vermiş yanğın hadisəsi ilə bağlı xəstəxanaya 7 nəfər gətirilib.Onlardan 5-i evə buraxılıb

Açar sözlər:

Oxunub: 499