Nazir Tovuzda, nazirin birinci müavini Ağstafada vətəndaşlarla görüşəcək
18:32 20 Avqust 2019
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə və nazirin birinci müavini Əli Abdullayevin növbəti vətəndaş qəbullarının vaxtı bəlli olub.
Nazirlikdən Femida.az-a verilən məlumata görə, avqustun 23-də nazir Ramin Quluzadə Tovuz şəhərində Tovuz və Qazax sakinlərini, nazirin birinci müavini Əli Abdullayev isə Ağstafada rayon sakinlərini qəbul edəcək. Qəbullar saat 12.00-da olacaq.
Nazirliyin rəhbərliyi nəqliyyat, telekommunikasiya (o cümlədən internet, televiziya və radio yayımı) və poçt xidmətlərinin keyfiyyəti, xidmət mədəniyyəti və bu sahədə bölgələrdə əhalini maraqlandıran digər məsələlərlə bağlı vətəndaşları dinləyəcək.
Vətəndaşlar “[email protected]” elektron poçt ünvanı, 1655 “Çağrı Mərkəzi”, 012 598 38 18 nömrəli telefon vasitəsilə (regionlardan edilən zənglər pulsuzdur) əlaqə saxlayıb, qəbula yazıla bilərlər.
Eyni zamanda, qəbula gəlmək istəyən vətəndaşlar zərurət yaranarsa, yaşadıqları ərazinin poçt şöbələri və telefon qovşaqları tərəfindən nəqliyyat vasitələri ilə təmin olunacaqlar.
Bunun üçün vətəndaşlardan Tovuz rayonunda 022 315 35 99, Qazax rayonunda 022 295 12 21, Ağstafa rayonunda 022 225 29 95 nömrəli telefona əlaqə saxlamaq olar.
Oxunub: 444
Oxşar xəbərlər
- Nazir Cavid Məmmədovu bu rayona rəis təyin etdi
- Nazirlik ölkədən çıxışına qadağa qoyulan teatr direktoru ilə bağlı araşdırma aparır
- Nazirlik “Buta” klinikasının fəaliyyətini dayandırıb
- Nazirlik bəstəkar-müğənninin bağ evində aşkarlanan ayı balası ilə bağlı məlumat yayıb
- Nazir regional təhsil idarələrinə yeni rəhbərlər təyin edib
- Nazir məktəbli çantalarının ağır olması ilə bağlı narazılıqlara münasibət bildirib
- Nazir Vətən Müharibəsi Qəhrəmanını hərbi hissə komandiri təyin edib
- Nazirlik rayon təhsil şöbələrinin gələcək fəaliyyətinə aydınlıq gətirib
- Nazirlər kabinetinin qərarı qüvvəyə mindi: Bu məhsullar bahalaşacaq
- Nazir Kəmaləddin Heydərov partlayış baş vermiş obyektə gəlib