Qubada alma bağları və biçilmiş taxıl sahələri yanıb


18:58     20 Avqust 2019 azerbaycanda%20daha%20bir%20yangin.jpg

Quba rayonunda alma bağları və biçilmiş taxıl sahələri yanıb.

Femida.az -ın məlumatına görə, hadisə rayonun Alpan kəndində qeydə alınıb.

Belə ki, ümumi sahəsi 50 hektara yaxın ərazi yanıb və onun 5 hektarı alma bağlarıdır.

Hadisə yerinə Qusar rayon dövlət yanğından mühafizə hissəsinin canlı qüvvəsi və texnikası cəlb olunub.

Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev də yanğın baş verən ərazidə olub, alovun söndürülməsi istiqamətində müvafiq göstərişlər verib.

Yanğın söndürülüb, alovun meşə və kolluq ərazilərə keçməsinin qarşısı alınıb.

Faktla bağlı araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 161