Azərbaycanlı qadın Rusiyaya 3 milyon rubl keçirmək istəyərkən saxlanılıb


19:44     20 Avqust 2019 19_08_20_1566314928.jpg

Azərbaycan vətəndaşı Rusiyanın Dağıstan Respublikasının Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən Rusiya-Azərbaycan sərhədindəki Tahirkənd-Qazmalar avtomobil keçid məntəqəsində saxlanılıb.

Azərbaycanlı qadın Azərbaycandan Rusiyaya gömrük bəyannaməsində göstərilməmiş 3 milyon rubl (44,8 min dollar) keçirməyə cəhd göstərib.

Qeyd olunur ki, pul vəsaitlərinin qeyri-qanuni hərəkətinə görə 2 ilə qədər azadlığın məhdudlaşdırılması nəzərdə tutulur. / Report

Femida.az

Açar sözlər:

Oxunub: 447