Putini təhqir edən gürcü jurnalist işdən qovuldu


20:59     20 Avqust 2019 19_08_20_1566320499.jpg

Gürcüstanın “Rustavi 2” telekanalı bir neçə jurnalisti işdən çıxarıb.

Onların arasında Rusiya prezidenti Vladimir Putini təhqir edən jurnalist Georgi Qabuniya da var. Bundna başqa teleşirkətin informasiya şöbəsinin direktoru Nodar Meladze də işdən çıxarılıb. Məzuniyyətdən sonra isə daha bir neçə əməkdaşın ixtisar ediləcəyi bildirilib.

Xatırladaq ki, Georgi Qabuniya kanalın canlı efirində Putini və valideynlərini təhqir etmişdi. / Qafqazinfo

Femida.az

Açar sözlər:

Oxunub: 375