Məhkəmə Atambayevin həbsini qanuni saydı

Məhkəmə Atambayevin həbsini qanuni saydı


21:24     20 Avqust 2019 19_08_20_1566320883.jpg

Bişkekin Bir May Rayon Məhkəməsi eks-prezident Almazbek Atambayevin həbsini qanuni sayıb.

Femida.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə keçmiş prezidentin vəkili Sergey Slesarev bildirib. Slesarev məhkəməyə Atambayevin həbsinin qanunsuz olması ilə bağlı şikayət versə də, onun şikayəti təmin olunmayıb.

Qeyd edək ki, Atambayev hazırda Milli Təhlükəsizlik Komitəsində saxlanılır.

Açar sözlər:

Oxunub: 169