7 ayda 1304 minik avtomobili istehsal olunub


21:38     20 Avqust 2019 xidmeti%20masinlar.jpg

2019-cu ilin yanvar-iyul aylarında 1304 minik avtomobili istehsal olunub.
Femida.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, maşın və avadanlıqların, sair nəqliyyat vasitələrinin, avtomobil, qoşqu və yarımqoşquların istehsalı sahələrində 161,5 milyon manatlıq məhsul istehsal edilib. 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə maşın və avadanlıqların istehsalı 13,6 faiz artıb, avtomobil, qoşqu və yarımqoşquların istehsalı 28,3 faiz, sair nəqliyyat vasitələrinin istehsalı isə 7,5 faiz azalıb.

Dövr ərzində 837 ədəd traktor, 1304 ədəd minik avtomobili istehsal olunub.

Açar sözlər:

Oxunub: 402