Siyəzəndə ağır qəza: 8 nəfər yaralandı


09:51     21 Avqust 2019 19_08_21_1566366742.jpg

Siyəzən rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə Siyəzən-Qalaaltı yolunda qeydə alınıb. İki minik maşınının toqquşması nəticəsində 8 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə Siyəzən Regional Diaqnostika Mərkəzinə yerləşdirilib. Onlardan 4-ü ilkin tibbi yardımdan sonra evə buraxılıb, 4-nün müalicəsi isə mərkəzdə davam etdirilir.

Faktla bağlı araşdırmalar davam etdirilir.(Apa)

Açar sözlər:

Oxunub: 381