"Relax"ın "Azərişıq"a 30 min manat borcu var


11:33     21 Avqust 2019 19_08_21_1566372617.jpg



Femida.az xəbər verir ki, Publika.az-a daxil olan məlumata görə, "Relax"ın "Azərişıq"a 30 min manat məbləğində borcu olub. İndiyədək istirahət mərkəzinin məsul şəxsləri ""Azərişıq"ın əməkdaşlarına sayğaca baxış keçirməyə icazə verməyib.

Qeyd edək ki, “Relax” istirahət mərkəzinin rəhbərliyində təmsil olunan bir qrup şəxs oraya yoxlama üçün gələn Vergilər Nazirliyi əməkdaşlarına müqavimət göstəriblər. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları çağırılıb. Buna baxmayaraq, dövlət qurumunun nümayəndələrinin vəzifələrini icra etməsinə imkan verilməyib və qarşıdurma yaranıb.

Vergilər, Daxili İşlər Nazirlikləri və Prokurorluq orqanlarının birgə həyata keçirdiyi tədbirlər nəticəsində istirahət mərkəzinin rəhbəri, deputat İqbal Məmmədovun oğlu Mirhəmid Nərimanlı da daxil olmaqla 6 nəfər həbs edilib və faktla bağlı inayət işi açılıb.

Açar sözlər:

Oxunub: 525


Oxşar xəbərlər