Gənc azərbaycanlı Omsk vilayətində su hövzəsində boğulub


11:48     21 Avqust 2019 balik_tutmak_icin_girdigi_suda_boguldu_h123249.jpg

Azərbaycanlı Omsk vilayətinin Qorki rayonunda su hövzəsində boğulub.

Bu barədə Femida.az Rusiya KİV-inə istinadən xəbər verir.

Rusiya Daxili İşlər Nazirliyinin regional şöbəsindən verilən məlumata görə, 25 yaşlı Azərbaycan sakini Lejanka və Oktyabrskoye kəndləri arasında yerləşən su hövzəsində üzərkən hələlik naməlum səbəblərdən bataraq suda boğulub.

Azərbaycan vətəndaşının ölüm faktı ilə bağlı yoxlama aparılır.

Açar sözlər:

Oxunub: 278