Salyanda minik avtomobili yanaraq yararsız hala düşüb


12:24     21 Avqust 2019 2019/08/f366fefb-e074-4038-8ab4-8678809d1ceb_1566375196.jpg

Salyan rayonunda minik avtomobili yanıb.


Femida.az “Report”a istinadən xəbər verir ki, hadisə ötən gün axşam saatlarında Salyan-Neftçala avtomobil yolunun rayonun Kürqaraqaşlı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, Neftçala rayonunun Xolqaraqaşlı kənd sakini, 1967-ci il təvəllüdlü Abseynov Cəmaləddin Şirinbala oğlu idarə etdiyi “Daewoo Nexia” markalı avtomobillə hərəkətdə olarkən maşın qəfildən yanmağa başlayıb. Alovu söndürmək mümkün olmadığından avtomobil yanaraq yararsız hala düşüb.

Faktla bağlı araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 316