“Təyyarənin “qara qutu”su zədələnib” - Açıqlama


12:58     21 Avqust 2019 19_08_21_1566377333.jpg

“İnternetdə bu tipli qəzaları araşdırdım, məlumatlar topladım. Qəribədir ki, qəzaların böyük əksəriyyətində pilot katapult edib. Rəşadın təyyarə qəzası sirlidir. Qara qutunun açılması və məlumatların oxunması bu qəzanın üzərinə böyük işıq saçacaq".


Azvision.az xəbər verir ki, bunu təlim-məşq uçuşları keçirən zaman qəzaya uğrayan Hərbi Hava Qüvvələrinin MiQ-29 təyyarəsinin pilotu polkovnik-leytenant Rəşad Atakişiyevin dəfn mərasimində R. Atakişiyevin qayınatası Qabil Hüseynli deyib.

Q.Hüseynli qeyd edib ki, Rəşadın qəzaya uğradığı təyyarə ilə radar və radioəlaqə eyni zamanda kəsilib: "Əlaqə kəsilən kimi də təyyarənin dənizə doğru yönləndiyi təspit edilib. Hər şeyi aparılan tətqiqatların nəticəsi söyləyəcək. Bildiyimə görə, "qara qutu" Azərbaycanda tədqiq olunacaq. Bununla bağlı laboratoriya yaradılıb. Bildiyimiz kimi, təyyarə son təmir üçün Ukraynanın Lvov şəhərinə göndərilib. Ona görə də Ukraynadan mütəxəssislər çağırılıb.

"Qara qutu" bir qədər zədələndiyinə görə özləri ilə qab gətirəcəklər və qutu yeni qaba köçürüləcək. Məncə, problem olmadan oxunacaq. "Qara qutu"nun Rusiyaya göndərilməsi variantını mənim kimi ölkə rəhbrəliyi də istisna edir".

Q.Hüseynli vurğulayıb ki, şəhid Rəşad Atakişiyev torpağa tapşırıldı, onun qanı torpağa olmasa da, Xəzər dənizinə tökülüb: "Rəşad çox şərəfli ömür sürüb. Onun bir çox xəyalları var idi. Amma reallaşa bilmədi. O, Vətən uğrunda şəhid oldu".

Açar sözlər:

Oxunub: 556


Oxşar xəbərlər