Bu yay günvurma ilə bağlı 29 müraciət olub


13:28     21 Avqust 2019 19_08_21_1566379755.jpg


Bu mövsüm günvurmalarla bağlı təcili tibbi yardıma 29 müraciət daxil olub.


Səhiyyə Nazirliyindən Femida.az-a verilən məlumata görə, onlardan 18 nəfəri hospitalizasiya edilib, 11 nəfərə yerində yardım göstərilib. Müraciət edənlərdən 12-si qadın, 14-ü kişi, 3-ü uşaq olub.

Qeyd edək ki, bu il havaların sərin keçməsi ilə əlaqədar müraciətlərin sayı ötən illə müqayisədə azdır.

Femida.az

Açar sözlər:

Oxunub: 419