Ermənistan Müdafiə Nazirliyinin rəsmiləri 45 min dollar mənimsəyib


14:02     21 Avqust 2019 19_08_21_1566381801.jpg

Ermənistanın Milli Təhlükəsizlik Xidməti ölkənin Müdafiə Nazirliyində dələduzluq sxemini aşkarlayıb.


Dələduzluq sxemi nəticəsində Müdafiə Nazirliyinin bəzi rəsmiləri sənədləri saxtalaşdıraraq 20 milyondan artıq (45 570 ABŞ dolları) dram mənimsəyiblər.

Təhlükəsizlik Xidmətinin məlumatına görə, Ermənistan Müdafiə Nazirliyinin bəzi rəsmiləri təchizatçılarla əlbir olaraq əsassız yüksək qiymətlərlə müqavilə imzalayıblar və adı qeyd edilməyən mal üçün 21,7 milyon dram əldə ediblər.

Femida.az

Açar sözlər:

Oxunub: 313