Milli valyutada olan əmanətlər 24,7 faiz artıb


14:30     21 Avqust 2019 manattt.jpg


Mərkəzi Bankın məlumatına görə, iyulun 1-nə əhalinin banklardakı əmanətlərinin milli valyuta ekvivalentində məbləği əvvəlki ilin eyni dövrü ilə müqayisədə 7,7 faiz artaraq 8 milyard 736,3 milyon manat təşkil edib.


Femida.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, əmanətlərin 56,5 faizi xarici, 43,5 faizi isə milli valyutada qoyulub. Milli valyutada olan əmanətlər ötən ilin müvafiq dövrünə nisbətən 24,7 faiz artıb, xarici valyutada əmanətlər isə 2,5 faiz azalıb.

İyul ayında milli valyutanın 1 ABŞ dollarına nisbətdə orta məzənnəsi 1,70 (ilin əvvəlindən 1,70) manata, 1 avroya 1,91 (1,92) manata, 100 rus rubluna 2,69 (2,62) manata bərabər olub.

Femida.az

Açar sözlər:

Oxunub: 397