İşlədiyi avtoservisdən “Niva” qaçırdı


15:24     21 Avqust 2019 19_08_21_1566386051.jpg

Avqustun 20-də Nərimanov rayonunun T.Şıxəliyev küçəsində yerləşən avtoservisdən “Niva” markalı avtomobil qaçırılıb.


Femida.az xəbər verir ki, araşdırmalarla avtomobilin həmin gün Təbriz küçəsində saxlanılması, sürücünün hadisə yerini tərk etməsi müəyyən edilib.

Nərimanov RPİ 18-ci PŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən avtoservisin işçisi, Saatlı rayon sakini T.Qasımov saxlanılıb.

Açar sözlər:

Oxunub: 403