Polis Balakəndə əməliyyat keçirib, saxlanılan var


15:43     21 Avqust 2019 hebs5.jpg

Balakən Rayon Polis Şöbəsinin əməkdaşları Gərəkli kəndində əməliyyat keçirib.



Femida.az xəbər verir ki, daxil olmuş məlumat əsasında 1985-ci il təvəllüdlü Qambiyev Ramil Ramazan oğlunun yaşadığı evə baxış keçirilib. Əməliyyat-axtarış tədbirləri nəticəsində zamanı oradan 3 kibrit qutusunda ümumi çəkisi 300 qramdan çox qurudulmuş marıxuana aşkar edilərək maddi sübut kimi götürülüb. Saxlanılan şəxs tutduğu cinayəti etiraf edib.

Faktla bağlı araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 344